Azərbaycanda albom üz qapaqları
Ümumilikdə albom üz qapaqlarını, albomun musiqi, ad və track adlarından sonra ən önəmli elementlərindən biri, estetik baxımdan isə ən önəmli elementi olaraq saymaq olar. Düzdü albom ancaq üz qapağına görə dəyərləndirilməsə də, pis cover, albom üçün önəmli bir rol oynamasa da, albomun bütün komponentləri birləşib dinləyici üçün xüsusi təcrübə yaratdığından, yaxşı albom coveri albomun bəyəniləbilirliyini, ikonikliyini və marketinqini qat-qat artıra bilir. Əlavə olaraq coverlər vinil kolleksionerləri və fanat alıcılar üçün də vinilin önəmli xüsusiyyətidir. Bəzən hətta bəzi albom üz qapaqları albomun özündən daha məşhurlaşa bilir. Məsələn hərkəs Joy Divisionun "Unknown Pleasures" albomunun üz qapağındakı ağ xətləri görüb. Bəlkə hətta valideynləriniz belə o albomun art-ı olan t-shirt geyib, amma çoxu o albomu və band-i tanımır belə. Eynilə bu "Aladdin Sane"-dəki David Bowie-nin ikonik ildırımı, "Jeffrey" albomundakı Young Thug-ın paltarı, "Velvet Underground & Nico"-dan Andy Warhol-un banan rəsmi, "In the Court of the Crimson King"-dəki qışqıran adama da aiddir. İnanıram ki çoxları bu ikonik albom üz qapaqlarını mütləq nə vaxtsa görüb, amma, onların içindən çox az adam bu albomları dinləyib.
Üz qapağı bunlardan əlavə təkcə estetik yox, eyni zamanda informativ xüsusiyyət də daşıyır. Sadəcə coverlə belə artist albomla bağlı albomun "mood"-u, nədən bəhs etdiyi, musiqidə, sözlərdə track adlarına ipucular, albomun hekayəsinə əlavə məlumat və s. kimi çox məlumat verə bilər. Çox vaxt konseptual və ya konkret mövzulu albomlarda artist musiqiylə çatdıra bilmədiyi, çatdırmaq istəmədiyi şeyləri track-lərin adlarıyla və üz qapağıyla çatdırır. Məsələn, of Montreal-ın "The Early Four Track Recordings" albomunun track adları albomdan ayrıca Dustin Hoffmann adlı personajın hamam otağıyla bağlı sərgüzəştlərindən bəhs edir: "dirty dustin hoffman needs a bath", "dustin hoffman gets a bath","dustin hoffman does not resist temptation to eat the bathtub" və s.
Bəzən albom üz qapaqları bilərəkdən simvolik məna daşıyıb insanda emosiya yaratmaq, düşündürmək və ya fikir aşılamaq üçün də istifadə edilir. Bunun ən bariz nümunələrindən biri Race Against the Machine-in "Self-Titled" albomunun məşhur üz qapağıdı. Fotoqrafa pulitzer mükafatı qazandırmış fotoda 1963-cü ildə Cənubi Vietnam rejiminin katolik qanunlara qarşı özünü yandırmış vietnamlı buddist rahibin ağ qara şəkili, albomun politik, üsyankar kontekstini və albomn enerjisini tam ifadə edir. 70-80-lərdə belə mübahisəli albom üz qapaqları həddən çox üstünlük təşkil edirdi. Ən məşhurlardan Scorpions-un o dönəmlər bir çox albomlarının üz qapaqları seksual alt-mətnlə dolu idi. Düzdü sonradan qrup üzvlərinin albom üz qapaqlarında çox ideya payının olmadığı məlum olsa da, leybllar da, artistlər də o dönəmlər mübahisəli üz qapaqları çıxarmaqdan çəkinmirdi. Daha müasirlərdən isə Placebo-nun 2016-cı ildə çıxardığı deluxe versiyasında bir ara internetdə məşhur olmuş protestlərin ortasında polisin arxa fonunda yerdə kanadalı cütlüyün sevişdiyi şəkili nümunə gətirmək olar. The Clash-in "London Calling" albomu da çox ikonik məşhurlaşmış nümunələrdən biridi. Elvis Presli-nin albomuna göndərmə edən albomun üz qapağı çoxları tərəfindən rock-n-roll-un ən ideal üz qapaqlarından biri sayılır.
Düzdü, üz qapaqlarına nəsə məna yükləmək həmişə mümkündü, amma, bu üz qapaqlarının həmişə dərin mənalı olmalı olduğu mənasına gəlmir. Bəzən cover sadəcə gözəl də ola bilər, hansısa emosiyanı və ya vaybı da ifadə edə bilər, bu isə öz növbəsində albomu qavramaqda daha kömək olar. Şəxsi düşüncəmə görə, müasir belə üz qapaqlarından biri Porter Robinson-un "Nurture" albomudu. Albom və track-lərin adı, üz qapağı, elektronik musiqiylə birlikdə insana çox estetik zövq verəcək atmosfer yaradır. Digər sevdiyim albom üz qapaqları ilə bağlı isə bəlkə nə vaxtsa ayrı bir yazı yazaram.
Azərbaycanda isə təəssüf ki, nəinki üz qapaqları, heç albomlar belə dinləyicilər tərəfindən önəmsənilmir. Əsas problem isə heç artistlərin də albomlarla maraqlanmamasıdı. Elə əvvəldən buralarda albomlar yerinə potpurilər, seçmə mahnılar məşhur idi. Albom yerinə isə "albom" adıyla miksteyp-lər çıxarılırdı. Konseptual albomlardan isə heç söz də gedə bilməzdi. Albom üz qapaqları da, sadəcə artistin ya qrupun şəkli və kursiv yazılardan ibarət idi. Yaxşı ki, konseptual və ya mövzulu albomlar Azərbaycanda son zamanlar yavaş-yavaş yayılmağa başlayır. Beləcə üz qapaqlarının da dəyərə düşməsini bir gün gözləmək olar. Keçmişə isə dönüb Azərbaycan albomlarına baxdıqda, ən yaxşı üz qapaqlarını tapmaq həddən artıq çətinləşir.
Sürrealist rəsm olaraq Rast-ın "Rast Dünyası" albomunun üz qapağı fikrimcə Azərbaycan səviyyəsində ən uğurlu albom üz qapaqlarından biridi. Səhra setting-i, "RAST"-ı tutan, ona dönüşən insanlar və stil, RAST-ın təsirləndiyi 70-80-lərin amerikan caz albomlarının sürrealist üz qapaqlarına çox oxşayır. Alboma baxdığımda elə beynimdə Stevie Wonder-in "Bitches Brew"-u, Herbie Hancock-un "Crossings"-i, Weather Report-un "Heavy Weather"-i canlanır. Qısası albomun üz qapağı istədiyini dinləyiciyə çatdıra bilir. RAST-ın self-titled digər albomunun üz qapağı da kollektiv şəkilli bir albom üçün əladı. RAST yazısı digər albomlarının font-u qədər köhnəlməyib, üzvlərin geyimi, stili və duruş tərzi də çox ikonikdi.
Müasirlərdən isə ən yaxşı rəsm üz qapaqlı albomlardan biri Pasterin "Çirkin" albomudu. Paster ümumiyyətlə daha az talantlı və aşağı keyfiyyətli Tarantino kimidi, əsl dinləyicinin görmək olduqlarını adi dinləyiciyə çatdırıb populyarlaşdırmağı bacara bilir. Albomun üz qapağına isə daha az keyfiyyətli deyə bilmərəm. Azca Van Qoq klişeliyini sezmək mümkün olsa da, Paster-in üzərindəki ikinci Bane eqosu, albomdakı konseptlərə və track-lərə göndərmə edən vizualayzer-də istifadə olunan kiçik hissələr əla işlənib və xırda detallarla doludu. Paster-dən söz düşmüşkən Paster və RZZA-nın "Lotos" albomu da Azərbaycanda tək-tük uğurlu 3D üz qapaqlarından biridi. Son dəfə onsuz real 3D qrafikanı musiqidə "Biləydin Kaş"-ın klipində “görmüşdük”. Digər rəsm olaraq bəyəndiyim albomlardan biri də daha underground, amma vizual olaraq göz oxşayan slou və isunseen-in Synthology albomunun klaviş binalı üz qapağı ola bilər. Albomun üz qapağı tam olaraq alboma uyğun gəlir, gəlməsəydi belə ideyasına görə albomun üz qapağını yaxşı üz qapağı saymaq olardı.
Albomların üz qapaqlarını araşdırarkən gözləmədiyim bir artistdən də maraqlı cover gördüm. Bu İlqar Muradovun yavaş-yavaş albomunun üz qapağı idi. Bu stildə çox media görmüşəm və həmişə mənə bu cür “corporate” elementli mavi palitralı 2000-lərin şəkilləri ayrı özünəməxsus bir janr kimi (corporate art adlandırardım necəsə ifadə etsəm) görmüşəm. Belə bir janrın mövcudluğu haqqda heç bir məlumat tapmasam da belə şəkillər xüsusən diqqətimi çəkir. Moby-nin Hotel albomu “yaratdığım” bu incəsənət stili/janrı əks etdirən digər nümunələrdən biridir. Üstəlik albomun yolda olması və mavi rəng tonları mənə modest mouse-un this is a long road.. albomunun üz qapağını çox xatırladır. Bütün bunlar mənə albomun üz qapağını normalda olandan daha çox sevdirir. Heyif İlqar Muradovun digər albomlarının üz qapaqları bu səviyyəyə gəlib çatmır.
Digər maraqlı amma haqqında çox danışıla bilməyəcək albomlardan Qaya-nın 2008 "reissue" "compilation" albomunun, Miri Yusif-in "Nirvana" albomunun illustrasiyalı üz qapaqları, foto üz qabıqlarından Ezize Mustafazadənin Dance of Fire albomu, minimalistik foto üz qapaqlarından isə 21Rave-in Qırxayaq albomu, “Call it”-in “Kapanak” albomunun üz qapaqları xüsusi diqqətə layiq ola bilər.
Haqqında danışdığım albomların üz qapaqlarının çoxu heç bir mənada ideal və ya ən yaxşı olmasa da, saatlarla axtardığım, kataloqlarda gəzdiyim Azərbaycan albomları içində azca orijinallığı ilə seçilən albomlardandırlar. Bu fərqlilik belə bu albom üz qapaqlarını digərlərindən çox fərqləndirir. Azərbaycan artistləri üçün üz qapağının, konseptual albomların ən son problemlərdən olduğunu başa düşsək belə, biz də dinləyici olaraq daha yaxşı experience əldə etmək üçün artistlərdən daha keyfiyyətli albomlar, daha keyfiyyətli üz qapaqları, daha kreativ yanaşma tələb etmək haqqımız var. Əslinə qalsa elə daha artistik, keyfiyyətli, təsirli musiqi də çox vaxt üz qapağı, track adları, hər musiqi qərarı, hər söz, çatdırılmaq istənilən fikir, hər xırda detalı düşünülmüş albomlarda gizlənir.